Bakı, 16 oktyabr, Elvin Camalov, AZƏRTAC
Dünyanın ən böyük aviasiya mərkəzi layihələrindən biri kimi qəbul edilən İstanbul 3-cü hava limanının inşası üçün IGA hava limanı şirkəti 6 bank ilə 4,5 milyard avroluq kredit müqaviləsi bağlayacaq.
AZƏRTAC “ulasimonline.com” saytına istinadla xəbər verir ki, oktyabrın 19-da müqavilənin imzalanması ilə bağlı keçiriləcək mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlunun iştirakı gözlənilir. Mərasimə IGA idarə heyəti üzvləri və IGA-nın baş icraçı direktoru Yusuf Akçayoğlu ev sahibliyi edəcək. Maliyyəni təmin edən “Ziraat” bank, “Halkbank”, “VakıfBank”, “Garanti” bank, “Finansbank” və “Denizbank”ın nümayəndələri də mərasimdə iştirak edəcək.
Qeyd edək ki, 150 milyon sərnişin tutumu olan İstanbul 3-cü hava lımanının tikintisinin ilk mərhələsi 2018-ci ildə tamamlanacaq.