Tovuz, 17 oktyabr, AZƏRTAC
Tovuzda cari ilin doqquz ayında özəl bank və kredit təşkilatları tərəfindən 14 min 385 nəfərə 26 milyon 998 min 500 manat kredit verilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bundan əlavə, Sahibkarlığa Kömək Milli Fondundan 70 layihənin maliyyələşdirilməsinə 1 milyon 164 min 500 manat güzəştli kredit ayrılıb. Bu layihələrin icrası ilə əlaqədar 153 yeni iş yerinin açılması nəzərdə tutulub.