Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Parisdə keçirilən “Böyük dəbilqə” beynəlxalq turnirində yarışları müşahidə edib.
AZƏRTAC xəbər verir ki, R.Abdullayevlə birlikdə milli federasiyanın vitse-prezidenti Sadıq Sadıqov da yarışları izləyib.
Xatırladaq ki, Azərbaycan cüdoçularının turnirdə çıxışları bu gün başlanıb. Hələlik Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) yarımfinal mərhələsinə keçə bilib. İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq) və Ayişə Qurbanlı (48 kq) çıxışlarını başa vurublar.