Milli.Az xəbər verir ki, bu sözləri Day.Az saytına müsahibəsində Azərbaycanın xalq rəssamı Səhlab Məmmədov deyib.
Rəssam hesab edir ki, biganəlik müasir dövrün ən ciddi problemidir. Ancaq azərbaycanlılar belə deyillər.
"Biz mentalitetimiz sayəsində digər insanların hallarına acıyırıq. Sənin qonşunda nəsə baş verirsə, dərhal köməyə qaçırsan. Başqa ölkələrdə belə şey görməzsən. Orada insanlar çox soyuqdurlar. Əgər xaricdə insanlar psixoloqların yardımından istifadə edirlərsə, bizdə həmin funksiyanı yaxınlarımız, dostlarımız öz üzərinə götürüblər", - o əlavə edib.
Xalq rəssamı Səhlab Məmmədovun müsahibəsinin tam mətnini bu keçiddə rus dilində oxuya bilərsiniz.
Milli.Az