Tokio, 18 oktyabr, AZƏRTAC
Yaponiyanın elektron məhsullar istehsal edən şirkətləri smartfonlara insanların sağlamlığına nəzarət etməyə imkan verən yeni texnologiyalar üzərində işləyirlər.
“Kyocera” şirkətinin rəsmi nümayəndələri bildiriblər ki, onların təqdim etdiyi “Hər gün üçün dəstək” adlı yeni əlavə smartfonda yerləşdirilmiş sensorlar vasitəsilə daxili piylənməni ölçməyə imkan yaradır.
“Sony” şirkətinin bilərzik formasında istehsal etdiyi yeni məhsul ürək döyünməsinin parametrlərini, yuxunun keyfiyyətini, həmçinin gün ərzində sərf olunan kalorinin miqdarını smartfonun ekranında əks etdirir.
Yaponiya dövləti tərəfindən dəstəklənən tədqiqat institutlarından birinin təqdim etdiyi əlavə isə daha irəli gedərək insan telefonla danışdığı zaman nəfəs aldığı havanın molekullarını təhlil etmək yolu ilə xərçəng diaqnozunu təyin etməyə imkan yaradır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio