"Həyatımın ən gözəl, ən böyük hədiyyəsini alacağam!"
Bu sözləri İnstagram-dakı profilində tanınmış aktyor və müğənni, Hollivud ulduzu Castin Timberleyk yazıb.
O, hamilə xanımı Cessika Bil ilə fotosunu yayıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ötən şənbə günü 34 yaşı tamam olan C.Timberleyk "Total Recall" filmindən sonra populyarlaşmış aktrisa ilə bəxtəvər ailə həyatı yaşadığını bildirib.
2012-ci ildə Kann kinofestivalında tanış olmuş Timberleyk və Bil 2013-cü ildə İtaliyanın Fazano şəhərindəki Borqo Enazia kurortunda evlənmişdilər.
Milli.Az

Aktyor hamilə xanımının fotosunu yaydı - FOTO