Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Məzahir Pənahov nümayəndə heyəti ilə görüşdən məmnunluğunu ifadə edərək, MSK-nın beynəlxalq təşkilatlarla əlaqələrinə və qarşılıqlı faydalı əməkdaşlığına hər zaman önəm verdiyini və bu münasibətləri bundan sonra da davam etdirmək niyyətində olduğunu bildirib.
Nümayəndə heyətinin rəhbəri A.Baranov Milli Məclisə qarşıdan gələn seçkilərə hazırlıqla bağlı görülmüş işlərlə maraqlanıb.
MSK sədri M.Pənahov qonaqların suallarını cavablandıraraq, ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün reallaşdırılmış layihələri və atılacaq addımları diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
