Bakı, 2 fevral, AzərTAc
Fevralın 2-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik baş verməyib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 4 sm artım müşahidə olunub.
Bu barədə AzərTAc-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Məlumata görə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 2, Salyanda 7, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 11 sm azalma qeydə alınıb.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-190, Kiçik Qafqazın çaylarında 90-140, Lənkəran-Astara bölgəsi çaylarında 20-50, Naxçıvan Muxter Respublikası çaylarında isə 30 faizini təşkil edir.