[ 02 Fevral 2015 14:10 ]
Bakı. Mәlahәt Nәcәfova - APA. "Yәhudilәr, o cümlәdәn mәn, ailәsi Holokost qurbanı olmuş bir şәxs kimi, dünyada baş verәn digәr soyqırımlara hәssas yanaşırıq". APA-nın mәlumatına görә, bu sözlәri Amerika Yәhudi Komitәsinin icraçı direktoru Devid Haris dünya ictimaiyyәtinin Azәrbaycanda baş vermiş Xocalı soyqırımına münasibәti ilә bağlı sualı cavablandırarkәn deyib. O bildirib ki, Holokostdan sonra beynәlxalq ictimaiyyәtdә “bir daha baş vermәsin” ifadәsi geniş yayılmışdı: “Tәәssüf ki, bir çox ölkәlәr bu ifadәdәn istifadә etsә dә, bu hadisə tәkrar baş verdi. Biz buna Ruandada, Kambocada şahid olduq. Bu hadisәlәrin bir daha tәkrarlanmaması üçün xoş niyyәtli insanlar, dövlәtlәr, dini rəhbərlər birgә çalışmalıdır”.
D. Haris Azәrbaycanla İsrail arasında münasibәtlәrin bundan sonra da inkişaf edәcәyini bildirib: "Azәrbaycanın dünyada mövcud olan yәhudi icmalarl ilә münasibәtlәri yaxşıdır vә düşünürәm ki, bu münasibәtlәr getdikcә daha da inkişaf edәcәk. Әsas mәsәlә Azәrbaycandakı mövcud vәziyyәti, bu ölkәnin üstünlüklәrini daha geniş tәbliğ etmәkdir. Nümayәndә heyәtinin bәzi üzvlәrinin dә qeyd etdiyi kimi, onlar Azәrbaycanın dәyәrini әvvәlcә yetәrincә bilmәyiblәr. Bu sәfәrdәn sonra bu mәlumatların daha geniş tәbliğ vә tәşviq olunması bizim әsas vәzifәmiz olacaq”.