Bakı, 22 oktyabr, AZƏRTAC
Qafqazın ilk peyk operatoru “Azərkosmos” ASC Milli Aviasiya Akademiyası tələbələri üçün seminar keçirib.
Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, seminarın əsas məqsədi ölkəmizdə kosmik sahədə təhsil alan gənclərin bu sahəyə olan marağını daha da artırmaq, süni peyklərin orbitə buraxılması və idarəolunması haqqında tələbələri maarifləndirmək olub. Tədbirdə Akademiyanın kosmik texnika və texnologiyalar, eləcə də digər əlaqədar ixtisaslar üzrə təhsil alan tələbələrinə və müəllim-professor heyətinə “Azərkosmos” ASC, “Azerspace-1” peyki və onun texniki xüsusiyyətləri haqqında ətraflı məlumat verilib.
“Azərkosmos”un texniki əməkdaşları tərəfindən təşkil olunan silsilə seminarlar davamlı olaraq keçiriləcək və əsasən, peyk idarəetməsinin müxtəlif istiqamətlərini əhatə edəcək.