Bakı, 24 oktyabr, AZƏRTAC
Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyaları başlayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, saat 10:00-a qədər ölkə üzrə 1031 nəfər qan verib.
Səhər saatları olmasına baxmayaraq qan vermək üçün gələn insanların sayı durmadan artır. Aksiyada iştirak etmək istəyən insanlar həkimlər tərəfindən müayinə olunurlar və onların qanlarındakı hemoqlobinin miqdarı yoxlanılır. Əgər hər şey qaydasındadırsa, insanlar donor kimi qan verirlər. Sonra götürülmüş qanlar Mərkəzi Qan Bankına göndərilir.
Qeyd edək ki, aksiyalar ölkənin 14 məscidində keçirilir.