Bakı, 2 fevral, AzərTAc
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Polşa Diplomatiya Akademiyasının tələbələri ilə görüşüb.
Səfirlikdə keçirilən görüşdə akademiyanın 20-dək tələbəsi iştirak edib. Həsən Həsənov Azərbaycanın müasir xarici siyasəti, ölkəmiz üçün aktual olan məsələlər, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, Azərbaycan-Polşa əlaqələri haqda məlumat verib.
Tələbələr Azərbaycanın müasir xarici siyasəti, Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-Polşa əlaqələrinə dair müxtəlif suallar veriblər. Həmçinin tələbələrə Azərbaycanın müasir iqtisadi və siyasi inkişafına həsr olunan qısa film göstərilib. Onlara səfirlik tərəfindən polyak dilində Azərbaycana dair nəşr olunan müxtəlif kitablar da hədiyyə edilib.
Görüşün sonunda tələbələr Azərbaycan mətbəxinin nümunələrindən dadıblar.