Görüşdə vətəndaşlar növbəti ildə ali təhsil müəssisələrinə qəbul qaydaları və buraxılış imtahanları, sınaq imtahanlarının sayının artırılması, həmçinin TQDK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı Komissiya sədrinə müraciətlər edib. Müraciətlərin araşdırılması və həll edilməsi üçün qeydiyyatı aparılıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib.
Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşları da Komissiya sədri M. Abbaszadə dinləyib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.
