"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.
Onun namizədliyi 5 futbol assosiasiyası tərəfindən dəstəklənir.
Qeyd edək ki, oktyabrın 26-da namizədlərin irəli sürülməsi müddəti başa çatır. Prezident seçkisinin isə 2016-cı il fevralın 26-da keçirilməsi planlaşdırılıb.
Xatırladaq ki, FİFA prezidenti postuna namizədliklərini Trinidada və Tobaqo milli komandasının keçmiş kapitanı Devid Nahid, İordaniyanın şahzadəsi Əli bin-əl-Hüseyn, UEFA-nın prezidenti Mişel Platini, FİFA baş katibinin keçmiş müavini Jerom Şampan, Asiya Futbol Federasiyası Assosiasyalarının başçısı, Bəhreyn şeyxi Salman bin- İbrahim əl-Xəlifə, UEFA-nın baş katibi Canni İnfantino, Cənubi Afrika Respublikasından Tokio Seksvale də irəli sürüb.