Gədəbəy, 28 oktyabr, AZƏRTAC
Gədəbəyin Novosaratovka kəndində 100 yerlik yeni uşaq bağçası inşa edilir.
AZƏRTAC xəbər verir ki, iki mərtəbəli olacaq yeni uşaq tərbiyə müəssisəsinin tikintisində artıq işlərin 50 faizi başa çatdırılıb. Hazırda bağçanın dam örtüyü ilə yanaşı, otaqların arakəsmələrində hörgü işləri aparılır. Layihəyə uyğun olaraq bağçada yataq və əyləncə otaqları, yeməkxana, həmçinin açıq idman meydançası da inşa edilir. Bina mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunacaq.
Uşaq bağçasının ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.