“Report” xəbər verir ki, bununla bağlı mətbuat konfransında koalisiyanın koordinatoru Rufiz Qonaqov bildirib ki, monitorinq 118 seçki dairəsini əhatə edib.
O qeyd edib ki, monitorinqin həyata keçirilməsi üçün 500 nəfər müşahidəçi hazırlanaraq 118 seçki dairəsinə ezam edilib: “Onların hazırladığı məlumatlar toplanaraq müqayisəli şəkildə təhlil edilib”.
R.Qonaqov bildirib ki, monitorinq aparılmış bütün dairə və seçki mənqələrnin fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil edilib: “Paramentdə təmsil olunan bütün siyasi partiyalar və bitərəf deputatları təmsil edən nümayəndələr komissiyalarda təmsil olunublar. Bütün tərəflərin seçkilərdə bərabər iştirakı təmin edilib. Dairə seçki komissiyaları zəruri texnika və avadanlıqlarla təmin edilib. Səsə vermə məntəqələri seçicilərin rahat gəlib səs verə biləcəyi yerlərdə yerləşdirilib. Seçici siyahıları təkmilləşdirilib və Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib. Komissiyanın sosial şəbəkədə də səhifəsi var və mütəmadi olaraq orada məlumatlar yerləşdirilir”.
Koalisiyanın üzvü, iqtisadçı Vüqar Bayramov namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesinin qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil edildiyini bildirib və namizədlərin imzatoplama kampaniyası zamanı hər hansı maneə olmadığını vurğulayıb.
O qeyd edib ki, namizədlərin qeydiyyatı prosesində açkarlığın və şəffaflığın təmkin edilməsi məqsədilə qeydə alınan namizədlər barəsində məlumatlar MSK-nın saytında yerləşdirilib. MSK-ya edilən müraciətlərə şəffaf və qanunvericiliyə uyğun şəkildə baxılıb.