Əhmədli qəsəbəsi, Neapol dairəsi yaxınlığında ucaldılan çoxmərtəbəli binanın sakinləri təkrar aksiya keçirirlər. Bu barədə məlumatı Lent.az-a “Fateh-N” MTK-nın zərərçəkənləri veriblər.

Onların sözlərinə görə, 2006-cı ildə aldıqları bina naməlum səbəblərdən yarımçıq saxlanılıb. Sakinlər deyir ki, sözügedən şirkətin rəhbərliyinin ölkədən qaçdığı ilə bağlı məlumatlar yayılıb. Hüquq-mühafizə orqanlarına məlumat verən şikayətçilər hələ də tikinti şirkəti haqqında lazımi tədbir görülmədiyindən narazıdırlar.

“Fateh-N” MTK tikinti şirkətinin qurbanları iddia edirlər ki, binanı tikən Mahir Kərimov bir evi 5-10 adam satıb və qaçıb. Bina isə yarımçıq qalıb.

Qeyd edək ki, sakinlər M. Kərimovla əlaqə saxlamağa cəhd etsələr də, bu, heç cürə mümkün olmayıb. Qarşı tərəf telefona cavab verməyib.

Evi hazır olmayan sakinlər növbəti dəfə aksiya keçirdi - BAKIDA
Evi hazır olmayan sakinlər növbəti dəfə aksiya keçirdi - BAKIDA