Azərbaycan, Bakı, 30 oktyabr /Trend, Azər Niftiyev/

Bakıda 8 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Qaradağ rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, oktyabrın 29-da rayonun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Novruz Əliyevin idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusu və Masallı rayon sakini Qoşqar Ağalarovun idarə etdiyi “Ford” markalı mikroavtobus toqquşub. Nəticədə Q.Ağalarov və 7 sərnişini xəstəxanaya yerləşdirilib.

Kliniki Tibbi Mərkəzdən Trend-ə verilən məlumata görə, hazırda yaralıların vəziyyəti qənaəbəxş hesab olunur və onların sağlıq durumları ilə bağlı ciddi problemləri yoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az