Dünyanın onlarla ölkəsində izlənmə rekoru qıran "Muhteşem yüzyıl" serialının davanı kimi çəkilən “Kösəm Sultan” serialının efir həyatı başlamamaış qalmaqallar yaranıb. Artıq çəkiliş mərhələsində olan serialın rejissorlarından biri işdən qovulub. Bu günlərdə isə rejissorun dəyişməsinin səbəbi bəlli olub.

ANS PRESS-in məlumatına görə, hadisələrin pərdə arxasını “Söylemezsem Olmaz” verilişinin aparıcısı Oya Aydoğan açıb. Onun sözlərinə görə, dəyişikliyə səbəb Safiyə sultan rolunda çəkilən müğənni Hülya Avşar olub.

“Hülya Avşar boğazına qədər qapalı olan libas geyinməkdən şikayət edib. Hülya, rejisor Zeynep Günay Tana "mən sadəcə aktrisalığım üçün deyil, gözəlliyimə görə də buradayam” deyərək şikayət edib. Onun aktrisaya əhəmiyyət verməməsi məsələni daha da qəlizləşdirib. Aktrisa paltarların yaxasını kəsib. Buna görə də rejissor Günay Zeynəb Tanı işdən qovub”.

Qapalı geymək istəmən aktrisa aranı qatdı (FOTO)
Hülya Avşar "Kösəm Sultan" serialında


“Kösəm Sultan" serialı Türkiyənin Star TV-sində yayımlanır. Hülya Avşar 10-a yaxın seriallarda çəkilib. O, Türkiyənin ən qalmaqallı məşhurlardan hesab olur. Hülya Avşar 2000-ci ildə Türkiyənin Kral TV telekanalı tərəfindən təşkil olunmuş ilin musiqi mükafatları təqdimatı mərasimində ən yaxşı qadın müğənni mükafatını alıb. Sonralar televiziya kanallarında şou aparıcısı kimi də məşhurlaşıb.