Tokio, 31 oktyabr, AZƏRTAC.
Oktyabrın 30-da Yaponiyanın Saqa prefekturasında Asiyanın ən böyük hava şarları müsabiqəsi başlayıb.
Sayca 36-cı olan beynəlxalq müsabiqədə dünyanın 20 ölkəsindən 127 hava şarı iştirak edir.
Yarışın ilk günündə havaya qalxan 70-dək şar Kase çayının kənarı ilə uçaraq təyin edilmiş hədəfə doğru hərəkət edib. Hava şarlarını idarə edən pilotlar markerləri hədəfə atıblar.
Təşkilatçılar beş gün davam edəcək turnirin 900 min tamaşaçı toplayacağına ümid edirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
Yaponiyada Asiyanın ən böyük hava şarları müsabiqəsi keçirilir
Yaponiyada Asiyanın ən böyük hava şarları müsabiqəsi keçirilir