Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Anaxanım Hidayətova/

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyası Milli Məclisə seçkiləri müşahidəyə start verib. Trend-in məlumatına görə, ispaniyalı parlamentari Jordi Çuklanın rəhbərlik etdiyi missiyanın üzvləri müşahidələrə 22 saylı Nəsimi ikinci seçki dairəsinin 25 saylı seçki məntəqəsində başlayıblar.

Həmin məntəqədə ümumilikdə 18 yerli, 2 xarici müşahidəçi var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az