Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Azad Həsənli/

"Rəy" Monitorinq Mərkəzi Azərbaycanda parlament seçkilərində 10 seçki məntəqəsində keçirilmiş "exit-poll"un ilkin nəticələrini açıqlayıb.

Trend-in məlumatına görə, mərkəzin direktoru Rizvan Abbasov mətbuat konfransında deyib ki, monitorinq ümumilikdə 10 seçki məntəqəsində - Bakıda 6, Sumqayıtda 4 - aparılıb.

Qeyd edilən seçki məntəqələrində qaliblərin ilkin siyahısı aşağıdakı kimidir:

Bakı:

8 saylı seçki dairəsi – Azay Quliyev (65,4 faiz səs)
16 saylı seçki dairəsi – Aytən Mustafayeva (48,9)
20 saylı seçki dairəsi – Adil Əliyev (65,1)
27 saylı seçki dairəsi – Dilarə Cəbrayılova (59,9)
29 saylı seçki dairəsi – Şəmsəddin Hacıyev (63,2)
34 saylı seçki dairəsi – Fuad Muradov (62,5)

Sumqayıt:

41 saylı seçki dairəsi – Mirzəcan Xəlilov (58,1)
42 saylı seçki dairəsi – Tahir Mirkişili (55,7)
43 saylı seçki dairəsi – Muxtar Babayev (60,6)
44 saylı seçki dairəsi – Hacı Salayev (64,9)

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az