Uzun müddətdir küsülü olan xalq artistləri Nisə Qasımova və Faiq Ağayev barışıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, N.Qasımova "Mənim dünyam" adlı verilişinə F.Ağayevi dəvət edib.
F.Ağayev onların arasını vurmaq istəyənlərin olduğunu deyib:
"Aramızda sərin külək əsmişdi. Nisə xanımın sənəti boyda ürəyi var. Ola bilsin ki, onun da qəlbinə nəsə dəysin. Onu çox istəyirəm, o da qarşılığını göstərir. İnsanlığından, şəxsiyyətindən danışsaq, çox düzgün insandır. Yəqin kimsə aramızı vurmağa çalışdı. Nisə xanım da gördü ki, bu mənasızdır".
N.Qasımova müğənnini çox istədiyini bildirib:
"Mən uşaq deyiləm. Uzun müddətdir bu sənətdəyəm. Faiqlə küsülü olanda onun ailəsinə biganə deyildim. Allah buna şahiddir. İnsan bir ömür yaşayır. İknici dəfə o həyata qayıtmırıq. Səmimi addım atdıq. Bu, örnək deyil. Sadəcə, düşündüm ki, hər zaman çox istədiyim dostumla niyə küsülü qalım".
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.

