Axşam.az-ın məlumatına görə, serialın yeni tanıtım videoları yayılıb. Hülya Avşarın canlandırdığı Safiye Sultanın treyleri isə sosial mediada birmənalı qarşılanmayıb.
Bir çoxları "əsl sultan", "Rol sizə yaraşıb", "gözləri ilə aktrisalıq edir" deyərək tərifləsə də, digər qisim insanlar "başqa aktrisa tapmadınız?", "heç yaraşdırmadım" kimi fikirlər səsləndirib.