Bişkek, 4 noyabr, AZƏRTAC
Bu gün yeni seçilən Qırğızıstan parlamenti-Joqorku Keneşin iclası keçirilib.
Qırğızıstan Sosial-Demokrat Partiyasının parlamentdəki koalisiya çoxluğunun lideri Çınıbay Tursunbekov bildirib ki, koalisiya Asılbek Jeenbekovu yenidən parlamentin sədri seçilməsini təklif edib. Bu məsələyə fraksiyalarda da baxılıb və bəyənilib.
İclasda parlamentdə dörd partiyadan ibarət koalisiya çoxluğu Asılbek Jeenbekovu yenidən Joqorku Keneşin sədri seçib. Yeni sədrin lehinə 114, əleyhinə isə 4 deputat səs verib.
Sonra A.Jeenbekov yeni proqramını təqdim edib.
Xatırladaq ki, parlamentdəki koalisiya çoxluğuna Sosial-Demokrat Partiyası, “Onuquu–Proqress”, “Qırğızıstan” və “Ata Məkan” partiyaları daxildir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek