Bakı, 5 noyabr, AZƏRTAC
“Unibank” beynəlxalq ticarətlə məşğul olmaq istəyən bank müştərilərinə dəstək məqsədilə dünyanın tanınmış banklarından olan “Credit Agricole” bankı ilə əməkdaşlığa başlayıb.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, bu əməkdaşlıq bankın sənədli əməliyyatlar və ticarətin maliyyələşdirilməsi üzrə tərəfdaşlar şəbəkəsini davamlı genişləndirməsinin daha bir göstəricisidir. “Credit Agricole” bankı tərəfindən ayrılan kredit xətti sənədli əməliyyatları biznes üzrə müştərilərə göstərilən xidmətlərin səmərəliliyinin artırılmasına imkan verəcək. “Unibank” bu xidmətdən istifadə edən korporativ müştərilərinə maliyyə dəstəyi də göstərəcək.
Qeyd edək ki, “ Credit Agricole” Fransanın geniş filial şəbəkəsi olan ən böyük banklarından biridir. Aktivlərinin böyüklüyü ilə seçilən bank qrupu yalnız Fransada deyil, bütün dünya üzrə nəhənglərdən hesab edilir.