Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə, Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsinlər:

Azadəliyev Cəbrayıl Əbdüləli oğlu

Feyzullayev Əkpər Əkbər oğlu

İmanov Muxtar Kazım oğlu

Məmmədova Məsumə Hüseyn qızı

Mikayılov Xıdır Mustafa oğlu

Novruzov Novruz Əhməd oğlu

Salamzadə Ərtegin Əbdül Vahab oğlu".

Milli.Az