Bakı, 5 noyabr, AZƏRTAC
Şəki şəhərində abadlıq-quruculuq işlərinin sürətləndirilməsinə 5 milyon manat ayrılıb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin noyabrın 5-də imzaladığı “Şəki şəhərində abadlıq-quruculuq işlərinin sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, Şəki şəhərində abadlıq-quruculuq işlərinin daha da sürətləndirilməsi üçün Şəki Şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb.