Əməkdar artist Nüşabə Ələsgərli əməlliyata girmək üçün tələb olunan narkoz qəbul etmək istəmir. Müğənni estetik əməliyyatlardan bu səbəbdən imtina edib.

Gecce.az xəbər verir ki, bu barədə o, "Xeyrə qarşı" verilişində danışıb:

"Müxtəlif estetik əməliyyatlar etdirərdim. Amma narkozdan qorxduğum üçün bunlardan imtina etmişəm. Uşağım qeysəriyyə yolu ilə dünyaya gəlib, narkoz almışam. Ondan sonra narkozdan imtina etmişəm. Əgər hansısa tibbi müdaxiləni yüngül keyitmə ilə etsələr, razılaşaram. Yatıb ayılmaram deyə qorxum yoxdur. Sadəcə istəmirəm. Fikrimdən də dönən deyiləm".

Milli.Az