Bakı, 6 noyabr, AZƏRTAC
Londonda yerləşən İmperial Kollecinin Biznes Məktəbi kiçik və orta müəssisələrin təşviqi məqsədilə şirkətlərin fəaliyyəti ilə bağlı məlumatların ödənişsiz yerləşdirilməsi üçün internet səhifə yaradıb.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, portalda hər bir şirkət www.theblueregister.com-da asanlıqla qeydiyyatdan keçə bilər. Biznes Məktəbi Azərbaycan şirkətlərini həmin saytda qeydiyyatdan keçməyə dəvət edir.