ANS telekanalının məşhur aparıcısı Elgiz Əkbər AzTV-yə gedib.
Publika.az xəbər verir ki, Milli Televiziya və Radio Günü ilə əlaqədar o, dövlət televiziyasının qrim otağında olub, həmkarlarının efirə hazırlanma prosesini izləyib və xəbər aparıcısı Rəşad Mehdilidən müsahibə alıb.
Qeyd edək ki, 89 il əvvəl, 1926-cı ildə Azərbaycan radiosu ilk dəfə efirə çıxıb.1992-ci ildən etibarən radio və televiziya işçiləri bu günü peşə bayramı kimi qeyd edirlər.
Milli.Az
