Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) ölkənin ən iri banklarından biri olan "PAŞA Bank"ın fəaliyyətini iki xüsusi mükafatla dəyərləndirib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, AMFA "PAŞA Bank"ı təşkilatın üzv şirkətləri arasından "İlin iştirakçısı" və "Gender bərabərliyini təbliğ edən aparıcı şirkət" adına layiq görüb.
Bankın idarə heyətinin sədri Taleh Kazımov qeyd edib ki, "PAŞA Bank" və AMFA qeyri-bank kredit təşkilatlarının və kredit ittifaqlarının dəstəklənməsinə yönəldilən kredit proqramını həyata keçirir və iki ildir mikromaliyyələşdirmə sahəsində uğurla əməkdaşlıq edir.