Efirlərdə çox az görülən xanım aktrisa Elgizi görcək çox sevindi. Öz imici ilə başqalarından seçilən aktrisa yaratdığı bir çox obrazlarla insanların sevimlisinə çevrilə bilib. Zərnigar xanım oynadığı obrazların heç birində özü kimi olmadığını deyir:
“Mən həyatda tam fərqli bir insanam. Bu həyatda tək yaşamışam. Bütün ağrı-acıları tək çəkmişəm. Həyat məni yoğurub. Mən sərt də ola bilərəm, əsəbi də. Bunlar insana xas olan xüsusiyyətlərdir”.
Doğum gününzü kiminlə keçirtmək istərdiniz sualına isə belə cavab verdi:
“Mən heç bir insana ad günümə gəl demirəm. Özdəri kim istəsə gəlir. Xüsusi dəvət etmirəm heç kimi”.
Zərnigar Fəti qızı Ağakişiyeva Quba rayonunun Rustov kəndində doğulub. O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib.