Bakı, 7 noyabr, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Qazaxıstanın Gənclər Konqresinin prezidenti Aydın Sabitov ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (‪ATGTİ) qərargahında görüş keçirilib.
ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, qonaq əvvəlcə təşkilatın ofisində yaradılan şəraitlə tanış olub.
Sonra ATGTİ-nin beynəlxalq əlaqələr departamentinin direktoru Nurxan Babayev və Qazaxıstanın Gənclər Konqresinin prezidenti Aydın Sabitov hər iki qurum arasında əməkdaşlığa dair memorandum imzalayıblar.
Memorandumun əsas məqsədi Azərbaycan və Qazaxıstan gəncləri arasında əlaqələrin inkişaf etdirilməsi, birgə əməkdaşlıq çərçivəsində layihələrin həyata keçirilməsidir.
Azərbaycan və Qazaxıstan gənclərinin əlaqələrinin inkişafına dair memorandum imzalanıb