Son illərdəki rəngli inqilabları müxtəlif cür qiymətləndirmək olar. Elə ölkələr var ki, bunun nəticəsində inkişaf edib, elələri də var ki geriyə düşüb. Lakin rəngli inqilabları maraqlı edən ölkə daxilindəki hadisələr deyl, onun dünyada necə qəbul olunmasıdır. Son zamanlar rəngli inqilablar kimi müəmmalı, qarışıq və məzmunu birmənalı olmayan ikinci bir siyasi addım yoxdur.

Azərbaycanda da dəfələrlə rəngli inqilaba cəhd olub, hakimiyyətə qarşı genişmiqyaslı xalq etirazlarının təşkilinə milyonlarla dollarlar ayrılıb, aksiyalar, yürüşlər və mitinqlər vasitəsilə "xalqı oyatmaq" səyləri sıralanıb.
Amma bütün bunların heç biri sifarişçilərin gözlədikləri nəticələri verməyib.

Yeni inqilab harada olacaq?

Qəribəlik

Bir tərəfdən bu qəribədir. Dünyada daima dəyişikliklər olur, hökümət əvəzlənir. Çevriliş baş verir və bu yeniliklə müşahidə olunmur.
Tanınmış rusiyalı iqtisadi ekspert və bankir Andrey Movçan "Forbes"də dərc etdirdiyi "Rəngli inqilabların iqtisadiyyatı: xammal gəlirlərinin azalması diktaturaları dağıdır" adlı məqaləsində bildirir ki, ilk baxışdan Misir, Tunis, Suriya və Ukraynanı birləşdirən yeganə məqam avtoritar rejimdir. Elitanı varlandıran, müxalifəti təzyiqdə, siyasi gücü isə inteqrasiyada saxlayan avtoritar rejim.

Belə olan halda ölkə daxilində baş verən hər hansı bir qarşı və əks münasibəti, avtoritar rejim xarici qüvvələrlə əlaqələndirir və çox vaxt günahkar qismində ABŞ göstərilir. Təbii ki, müəyyən qrantlar vasitəsi ilə rəsmi Vaşinqton hadisələrdə iştrak edir, lakin bu, onların dünya ictimaiyyəti qarşısında öz üzərilərinə götürdükləri öhdəliklərin nəticəsidir ki, bəzi hallarda da, inqilab tərəfdarları bundan istifadə etməyi məqsədyönlü hesab edirlər. ABŞ liberal yönümlü təşiklatlarla istənilən vaxt və istənilən yerdə əməkdaşlığa açıqdır.

Yeni inqilab harada olacaq?

Avtoritar ölkələr çoxdur. Məğrib yaxınlığında avtoritar Səudiyyə Ərəbistanı və İordaniya var. Ukrayna yaxınlığında Belorusiya. Latın Amerikasının yarısı, Hindiçinin 3-də biri və bütün Mərkəzi Asiya avtokratiyadı. Lakin bu ölkələrin çoxunda çevriliş müzakirə mövzusu deyil. Hərdən müəyyən etirazlar olur ki, bu da bir sıra həbslərlə yatırılır. Rəngli inqilab edənlər arasında nəsə ümumi bir cəhət olmalıdır, hansı ki sakit diktaturalı ölkələrdə müşahidə olunmur.

Təbii ki, belə bir cəhəti iqtisadiyyat sahəsində axtarmaq lazımdır. Suriya, Misir, Ukrayna və Tunisdə inqilaba qədər ÜDM 10 % təşkil edirdi. Statistikaya əsasən, dünyada belə bir göstəriciyə bərabər ölkələrin sayı 21-dir. Maraqlısı isə odur ki, onlardan ikisi Avstraliya və Norveçdir.

Bir para ölkələrdə isə hər şey sadədir. Buradakı demokratik institutlar dövlət idarəetməsindən əvvəl formalaşıb, bunu pozmaq çox çətindir.

Bəs onlar?

Yeni inqilab harada olacaq?

Zimbabve, Mərkəzi Afrika Respublikası, Sierre Lione, Kot di Vuar, Sudan, Toqo, Madaqaskar, Malavi, Tanzaniya, Qırğızıstan. Bu ölkələrə çox kasıb ölkələr olsa da, onların yeni tarixində rəngli inqilaba oxşarlıqlar var. Mərkəzi Afrika Respublikası, Sierre Lione, Kot di Vuar, Sudan, Toqo, Madaqaskar, Qırğızıstan və müəyyən mənada Malavidə də son dövrlərdə rəngli inqilabı xatırladan bir sıra etirazlar nəzərə çarpıb. Zimbabvedə hakimiyyət dəyişməyib, lakin ölkədə hər an xaos yarana bilər. Tanzaniya daha çox sakitliyi ilə seçilir. Lakin hər şey hər an dəyişə bilər.

Nisbətən varlı hesab olunan ölkələr də var. Kolumbiya, Peru, Malaziya (ÜDM adambaşına 6500$ - 11 000$) Hazırda bu ölkələrdə nisbi sakitlik müşahidə olunsa da, qeyd etmək lazımdır ki, Kolumbiya bir neçə il bundan qabaq çətin günlərini yaşayırdı. Peru Alberto Fuximori rejiminin devrilməsi ilə yadda qalıb. Malaziya isə bu ölkələrlə müqayisədə daha inamlı bir tərəf kimi çıxış edir. Misir, Ukrayna, Suriya və Tunisdən başqa çətinliklərlə üzbəüz olan ölkələr siyahısında Myanma və Vyetnam da var. Hər iki ölkə hərbi inqilab və kütləvi qırğınların fəsadlarını hiss etməkdədirlər.

Vyetnamla müqayisədə Myanmada vəziyyət sakit deyil. Ölkədə seçkilər yaxınlaşır və böyük ehtimalla burada rəngli inqilab ola bilər.

Yeni inqilab harada olacaq?

Statistikaya əsasən, müəyyən etmək olar ki, ÜDM 15 %-ə bərabər olan ölkədə siyasi stabillik qaçılmazdır. ÜDM 10 % olan ölkələrdən isə bir neçəsini çıxmaq şərti ilə baş verənlər göz qabağındadır. 15%-dən artıq olan ölkələrdə, hakimiyyət müxalifət üçün ayrılan gəlirlərin qarşısını kəsərək onların fəaliyyətsizliyini təmin edir, digər vətəndaşları isə iqtisadi nəzarətdən asılı vəziyyətə salmaqla legitimliyini qoruya bilir. Elə ölkələr var ki, əmtəə istehsalına daha çox diqqət verir və bu sahədə monoton inkişafı ilə seçilir. Bəzən elita da bu sahəyə yönələrək digər sahələrin varlığını unudur. Lakin əmtəə insanların təhlükəsizliyini və rahat yaşamaq şərtlərini təmin edə bilmir. Belə ölkələrdə hakimiyyət daimi deyil və istənilən vaxt razı qalmayan elitanın görünməz fəaliyyəti nəticəsində təhlükə ilə üzləşə bilər.

Maraq üçün qeyd edək ki, SSRİ-də 1980-ci illərin sonunda ÜDM 13-14 faiz təşkil edirdi. Bu rəngli inqilaba səbəb ola biləcək göstəricilərdən az fərqlə çox idi. 10 il bundan qabaq stabil ölkə kimi tanınan Suriyada isə ÜDM 20 %-ə bərabər idi. Hansı ki, günü-gündən düşürdü.

Görünür ki, hər şeyə səbəb diktatorların iddia etdiyi kimi - ABŞ, onlarla mübarizə aparan müxalifətin iddia etdiyi kimi rüşvətxorluq deyl. Səbəb azalmaqda olan ümumi daxili məhsuldur (adambaşına $ 6000 - 7000).

Yeni inqilab harada olacaq?

Azərbaycanı da ciddi-cəhdlə "avtoritar rejim tərəfindən idarə olunan ölkə" kimi qələmə verməyə çalışanların, ölkədə siyasi məhbusların və vicdan məhkumlarının olduğunu iddia edənlərin məqsədi də məhz rəngli inqilab üçün obyektiv şəraitin varlığını nəzərə çatdırmaq, situasiyanı belə izah etmək cəhdləridir. Həmin şəxslər ölkədə zorakı hakimiyyət dəyişikliklərinə can atdıqları üçün obyektivliyin saxtalaşdırılması ilə məşğul olur, yalanları həqiqət kimi qələmə verir və "inqilabi vəziyyət"in varlığından dəm vururlar.
Halbuki, ideoloji və təşkilati baxımdan iflasa uğrayaraq nüfuzunu tamamən itirmiş Azərbaycan müxalifətini "mütəhərrik, real və çevik qüvvə", konkret qanun pozuntularına və cinayətlərə görə həbs olunmuş şəxsləri "siyasi məhbus", Avropa Birliyi ölkələri və ABŞ-dakı qurumların sifarişlərini yerinə yetirərək həmin strukturlar tərəfindən maliyyələşdirilən qrupları "qeyri-hökumət təşkilatları", din pərdəsi altında fəaliyyət göstərən radikal islamçıları "dindarlar" kimi qələmə vermək yalan olmaqla yanaşı, ölkəmizə qarşı yönəlmiş çox təhlükəli niyyətlərdir.
Azərbaycanda rəngli inqilab, sadəcə, mümkün olmadığından illüziyaları reallıq saymaq bəziləri üçün xoş ola bilər - amma bu, idefikslərə aldanmaqdan başqa bir şey deyil.
Sonda isə Serbiya, İsrail, Ermənistan, Rusiya, Gürcüstan, Ukrayna, Belarus və İrandakı rəngli inqilab təşəbbüskarı rolunda çıxış etmiş hərəkat, qrup və təşkilatların loqotiplərini təqdim edirəm.
Ssenari müəllifi və sifarişçi dizayna qənaət etdiyindən loqotiplərin bənzər olması təəccüb doğurmur.

Yeni inqilab harada olacaq?

Orxan Hun
Milli.Az