Məşhur telejurnalist Elgiz Əkbərin Bakı metrosunda şəkli yayılıb. Sosial şəbəkədə paylaşılan şəklə "krizis Elgizə də təsir etdi, o, artıq metro ilə hərəkət edir" sözləri əlavə edilib.
Qeyd edək ki, bir müddət öncə telejurnalistin avtomobili onu yolda qoyub. Maşın xarab olduğundan Elgiz evakuator xidmətindən istifadə etmək məcburiyyətində qalıb. Yəqin, avtomobil hələ düzəlməyib?
Elgiz Əkbər publika.az-a açıqlamasında həmin şəklin süjet çəkilişlərində lentə alındığını bildirib.
"Mənim şəxsi avtomobilim var. Buna görə də ictimai nəqliyyatdan istifadə etmirəm. Amma burada ayıb və ya utanmalı bir şey yoxdur. Hər birimiz ictimai nəqliyyatdan istifadə edə bilərik. Çoxdandır metroya düşmürdüm. Şəklə gəlincə, qeyd edim ki, 8 noyabr - metropoliten işçiləri günüdür. Onların peşə bayramı münasibətilə metrodan və işçilərindən süjet hazırladıq. Şəkil də onda çəkilib".
Milli.Az