Müğənni Nüşabə Ələsgərli qohum və ya yadla ailə qurmaqdan danışıb. Milli.Az bildirir ki, big.az-a danışan ifaçı bildirib ki, qismətdən qaçmaq olmaz:

"Vallah bu həyat elə mürəkkəbdir ki... Deyir sən saydığını say, gör fələk nə sayır.
Qohumla evlənəndə yalnışlıq olur, yadla evlənəndə də. Qismət. Ona görə adam çaşır ki, qohumla evlənsin yoxsa ki, yadla. Əsas odur ki, xoşbəxt olsan. İstər qadın, istərsə də kişi ailə qurduqda xoşbəxt olmaq istəyir. İnsan azad və xoşbəxt yaşamalıdır".

Milli.Az