Bakı, 10 noyabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə noyabrın 20-də saat 11.00-da Ucar rayonundakı Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, qəbulda Ucar, Kürdəmir, Ağsu, Göyçay rayonlarının sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar TQDK-nın internet saytına (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli və ya Komissiyanın Göyçay regional bölməsinə (ünvan: Göyçay şəhəri, Rauf İsayev küçəsi, 43; telefon: (020) 274-66-74 ) müraciət etməlidirlər.
Bundan əlavə, qəbulda iştirak etmək istəyən vətəndaşlar Ucar, Kürdəmir və Ağsu rayon təhsil şöbələrinə noyabrın 10–dan 19-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) qeydiyyat üçün müraciət edə bilərlər.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.