Milli.Az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən oktyabrın 16-da Yevlax dəmir yolu stansiyasının ərazisində, qorunmayan keçiddə elektrovozla vurulmuş kişinin Şəmkir rayon sakini Rəhman Bayramov olması müəyyən edilib.
Nəqliyyatda Baş Polis İdarəsindən Milli.Az-a bildiriblər ki, sözügedən hadisə oktyabrın 16-da saat 23 radələrində baş verib. Belə ki, Yevlax dəmiryol stansiyası ərazisində qorunmayan keçiddə elektrovozla 60-65 yaşlı kişi vurulub.
O zaman şəxsiyyəti bilinməyən şəxs hadisə yerində ölmüşdü. Bir aya yaxın həyata keçirilən axtarış-əməliyyat tədbirləri nəticəsində həmin şəxsin Şəmkir rayon sakini Rəhman Bayramov olduğu məlum olub.
Pünhan
Milli.Az