Madrid, 10 noyabr, AZƏRTAC
Ofisi İspaniyada yerləşən, velosiped idmanı üzrə ixtisaslaşmış beynəlxalq “Biciciclismo.com” portalında “Sinergy Baku” komandasının yeni transefrləri barədə məlumat yayılıb.
Xorvatiyalı velosipedçilər Matiya Kvasina və Yosip Rumaçın 2016-cı ildən etibarən Bakı komandasında çıxış edəcəyini yazan müəllif idmançıların fikirlərinə də yer ayırıb. Matiya Kavsina deyib ki, o, “Sinergy Baku” kimi böyük komandada çıxış edəcəyindən çox məmnundur və əsas məqsədi “Tour d`Azerbaijan” yarışında uğurla çıxış etməkdir. Bildirilir ki, yeni transfer Markus Eybegerin Bakı komandasının heyətini tərk edəndən sonra yaranmış boşluğu dolduracaq.
“Sinergy Baku” komandasının rəhbəri Devid Mekuey də yeni transfelərlə bağlı fikirlərini açıqlayıb və onlara böyük ümidlərin olduğunu deyib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid