Bakı, 10 noyabr, AZƏRTAC
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 64 cinayət faktından 19-nun üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər dünyasını dəyişib, 4 nəfər isə xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 5 fakt müəyyənləşdirilib.
Cinayət törətdiklərinə görə 34 nəfər tutulub.