[ 04 Fevral 2015 14:57 ]



Bakı. Mübariz Aslanov - APA. “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi təklif olunur. Milli Məclisdən APA-ya verilən məlumata görə, dəyişikliklər layihəsinə əsasən qanundan 12.0.10-cu maddə (hakimin altı aydan artıq müddətdə tibbi səbəblərə görə vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyünün müəyyən edilməsi məqsədilə xüsusi həkim komissiyası təşkil etmək vəzifəsi) çıxarılır. Eyni zamanda 12.0.26-1 (birinci instansiya məhkəmələrinin maliyyə təminatı üçün nəzərdə tutulan xərclər barədə müvafiq icra hakimiyyəti orqanının təkliflərinə rəy vermək) maddə əlavə edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq.