Bakıda bıçaqlanma hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, noyabrın 6-da H.Cavid prospektində (metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında) Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Əliyev Nurlan İlqar oğlu bıçaqlanıb. Qarın nahiyəsindən daxilə nüfuz edən xəsarət alan 23 yaşlı oğlan xəstəxanaya yerləşdirilib.
Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, N.Əliyevi bıçaqlayan 1995-ci il təvəllüdlü Maqsud Sadiyev tutulub.
Araşdırma aparılır.