Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 13-də Bakı Fond Birjasının (BFB) təşkilatçılığı ilə keçirilən "Gənc İnvestor 2015" keys müsabiqəsinin yekun mükafatlandırma mərasimi keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə finalçıların təqdimatları dinləniləcək, iştirakçılara sertifikatlar veriləcək və qaliblərin adları açıqlanaraq onlara mükafat fondunun hədiyyələri təqdim olunacaq.
Tədbirdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) və Bakı Fond Birjasının nümayəndələri, müstəqil ekspert münsiflər, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin müəllim və tələbə heyəti iştirak edəcəkdir.