Tərtərdə məktəblilər hərbi vətənpərvərlik ruhunda tərbiyə olunur

Tərtərdə məktəblilər hərbi vətənpərvərlik ruhunda tərbiyə olunur
19:43 11 Noyabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+


Tərtər, 11 noyabr, AZƏRTAC
Cəbhəboyu zonada yerləşən Tərtər rayonunda yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasına diqqətlə yanaşılır.
AZƏRTAC xəbər verir ki, noyabrın 11-də Tərtər Rayon İcra Hakimiyyətinin və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin təşəbbüsü ilə rayonun 34 ümumtəhsil müəssisəsində gənclərin çağırışaqədərki hazırlıq dərsləri əyani vasitələrdən istifadə edilməklə keçirilib.
Hərbi hissələrdən dəvət olunmuş zabitlər şagirdlərlə hərbi vətənpərvərlik mövzusunda söhbətlər edib, fikir mübadiləsi aparıblar. Dərslərdə X-XI sinif şagirdlərinə silahlardan, əl qumbaralarından istifadə, silahların sökülüb-yığılması qaydaları əyani surətdə göstərilməklə izah olunub. Hərbi dərslərdə ümumilikdə 1314 nəfər şagird iştirak edib.
Dərslərdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkəmizdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində görülən işlərdən danışıb, məktəblilərə Vətənə, dövlətə sadiq olmağı tövsiyə edib.
Gənclər hərbi-vətənpərvərlik hisslərinin artırılmasında belə dərslərin keçirilməsinin rolunu yüksək qiymətləndirib, rayon rəhbərliyinə və zabitlərə minnətdarlıqlarını bildiriblər.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Terterde_mektebliler_herbi_vetenperverlik_ruhunda_terbiye_olunur-901159

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR