İki il öncə vəfat edən türk sənətçiai Azər Bülbüllə bağlı maraqlı fakt ortaya çıxıb. ANS PRESS-in verdiyi məlumata görə, Qarsda doğulan Azər Bülbülün xatirəsinə həsr edilən yazını müğənni Yıldız Tilbe qələmə alıb. O, Bülbülün ona evlilik təklifindən yazıb.
O, kiçik xatirəsində belə yazıb:
"1998-ci ildə atamı itirdim. Psixologiyam pozuldu. Musiqi belə dinləyə bilmirdim. Evdəki yülərlə albomu qırmışdım. Azərin bir mahnısına qulaq asırdım. "İllə də sən" adlı mahnı üçün bir albomu alıb hamısını dinləməyə başladım. İllər sonra Azər mənə zəng etdi.
- Yıldız bacı, Yıldız bacı
- Buyur Azər
- Mən evlənmək istəyirəm.
- Nə edim Azər? Evlən o zaman
Doğru dügün qız tapa bilməməkdən şikayətləndi və mənim ona qız tapmağımı istədi.
- Hardan tapım Azər?
- Hardan tapırsan tap.
- Vallah yoxdur Azər.
- Onda sən mənimlə evlən.
- Dəli olmusan, nə danışırsan?
- Sən mənimlə evlən.
- Rədd ol burdan".
Müğənninin sözlərinə görə, Azər Bülbül təmiz qəlbli olub.