İsveçrə, Böyük Britaniya, İsveç, Niderland və ABŞ innovasiyalar sahəsində dünya liderləridir

İsveçrə, Böyük Britaniya, İsveç, Niderland və ABŞ innovasiyalar sahəsində dünya liderləridir
09:46 12 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) 2015-ci il üzrə dünyada əqli mülkiyyət sahəsində vəziyyətə dair hesabatına əsasən, İsveçrə, Böyük Britaniya, İsveç, Niderland və ABŞ innovasiyalar sahəsində dünya liderləridir. Bu il hesabat innovasiyaların iqtisadi artım və inkişafa təsirinə həsr olunub.
 
 
"İnnovasiyalar inkişafın bütün mərhələlərində ölkələrin iqtisadi artımının sürətlənməsinə şərait yaradır. Lakin bu şərait avtomatik yaranmır" - ÜƏMT-in baş direktoru Frensis Harri «Qlobal İnnovasiya İndeksi 2015» hesabatının təqdim olunması ilə əlaqədar belə fikir söyləyib. O bildirib ki, hər bir ölkə öz siyasətini elə tənzimləməlidir ki, iqtisadiyyatda mövcud olan innovasiya və yaradıcılıq potensialını səfərbər etməyə imkan versin".
 
 
«ICTnews.az» saytı BMT-nin saytına istinadən yazır ki, cari ildə ən yüksək innovasiya reytinqinə malik 25 ölkədən ibarət qrupa yenidən yüksək gəlir səviyyəsinə malik ölkələr daxil edilib. 24-cü pillədə qərarlaşmış Çexiya və 8-ci pilləni tutmuş İrlandiya istisnadır. İnnovasiyaların keyfiyyətinə görə ABŞ, Birləşmiş Krallıq, Yaponiya, Almaniya və İsveçrə liderdirlər.
 
 
Avropa ölkələrinin əksəriyyəti reytinqdə ilk onluq və iyirmilikdə qərarlaşıb.
 
 
Hesabat müəllifləri bir sıra yoxsul ölkələrin innovasiya ixtiraları sahəsində uğurunu qeyd ediblər. Orta və aşağı gəlir səviyyəsinə malik ölkələr sırasından dinamik innovatorlar qrupuna Çin, Malayziya, Vyetnam, Hindistan, İordaniya, Keniya və Uqanda daxil edilib. Mərkəzi və Cənubi Asiyada Hindistan və Qazaxıstan innovasiyalar sahəsində regional lider adlandırılıb.
 
 
Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-39776-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR