Əli Həsənov: “Azərbaycanda siyasi fəaliyyət azadlığı tam təmin olunub”

Əli Həsənov: “Azərbaycanda siyasi fəaliyyət azadlığı tam təmin olunub”
11:04 12 Noyabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

“Azərbaycanın müstəqillik əldə etdikdən sonra bu günə qədər inkişaf yolunda həyata keçirdiyi siyasət əməkdaşlığa söykənib. Bu əməkdaşlıq beynəlxalq hüquqa və normalara əsaslanır”.
 
APA-nın məlumatına görə, bu sözləri “Konstitusion hüquq və azadlıqların təmin olunmasında ölkədaxili və beynəlxalq təşkilatların əməkdaşlığının rolu” mövzusunda keçirilən Ombudsmanların XIII Bakı Beynəlxalq Konfransında çıxış edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. 
 
Ə. Həsənov bildirib ki, Azərbaycan BMT Nizamnaməsinin əsas hüquq və prinsiplərini rəhbər tutaraq qanunvericiliyini formalaşdırıb: “Konstitusiyamızda hüquq və normalar əksini tapıb, bu prinsip və normalar Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarını, milli azlıqlar və qruplar arasında münasibətləri tənzimləyir. Ötən 20 il ərzində bu sahədə hər hansı ciddi problem yaşanmasının şahidi olmamışıq. Azərbaycanda söz və ifadə azadlığı, toplaşmaq, siyasi fəaliyyət azadlığı, insanların seçilib-seçilmək hüququ tam təmin olunub”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221285

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR