Almaniyanın Azərbaycandakı səfirliyi müharibə qurbanlarının xatirəsini anacaq
Paylaş
39 baxış·1 dəq oxu
Bakı. 12 noyabr. REPORT.AZ/ Almaniyanın Azərbaycandakı səfirliyi Bakıda müxtəlif müharibələrdə həlak olmuş insanların və bütün xalqlardan olan zülm qurbanlarının xatirəsini anacaq. Bu barədə "Report"a Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Anma mərasimi noyabrın 15-də keçiriləcək. Həmin gün səfirlik Bakı və Sumqayıtda əsgərlərin dəfn olunduğu qəbirstanlıqlarda anma mərasimi təşkil edəcək.