"Beyin mərkəzi"nin analitiki: "Qərb və Rusiya Azərbaycanın narahatlığını aradan qaldırmağa çalışır"

"Beyin mərkəzi"nin analitiki: "Qərb və Rusiya Azərbaycanın narahatlığını aradan qaldırmağa çalışır"
13:17 12 Noyabr 2015
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Qərbin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aktiv olmaq istəyi Rusiyanın Azərbaycana daha yaxın olmasına yol açır. Bunu Dailykarabakh saytına açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin analitiki Mehmet Fatih Öztarsu xarici işlər naziri Sergey Lavrovun Rusiyanın münaqişənin həllində aktivliyini davam etdirəcəyi barədə İrəvanda səsləndirdiyi fikri şərh edərkən deyib.

Ekspertin fikrincə, birincisi, Ermənistanın Avrasiya İqdisadi Birliyinə üzvlüyündən sonra, rəsmi Moskva Bakını da Birliyə üzv etmək üçün addım atır. Bu addımlar özünü, xoş niyyətli diplomatik yaxınlaşma olaraq göstərəcək.

Onun sözlərinə görə, digər tərəfdən Tbilisinin enerji resursları üçün Moskva və Ermənistan ilə yaxınlaşma cəhdləri və Tehranın burada ayrı bir aktor olması, bölgədə yeni münasibətlərin yaranmasına gətirib çıxardacaq. 

Ekspertin sözlərinə görə, Ermənistan bu vəziyyətdən faydalanaraq tranzit ölkə olmaq istəyir: "Rəsmi Moskva da Bakının narahatlığından qurtulmaq üçün cəhdlər edir. Çünkü burada əsas mövzu Moskva-Tbilisi dialoqunun güçləndirilməsidir. Bakının Ermənistanın bu prosesdən faydalanma cəhdlərindən narahatlığı davam edəcək. Bu narahatlıqdan qurtulmaq üçün Moskvanın Qarabağ məsələsində Bakıya daha böyük zəmanətlər verməsini görə bilərik".

Analitik hesab edir ki, bu, Bakının xeyrinədir: "Həm Qərb, həm də Rusya Azərbaycanın bu mövzuda narahatlığını aradan qaldırmağa çalışırlar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/381864.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR